FİFA referimiz yeni təyinat aldı
Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan təyinat alıb.
Sportline.az qurumun saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Qazaxıstan - Monteneqro görüşünün baş hakimi olacaq.
FİFA referisinə Elşad Abdullayev və Pərvin Talıbov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən matç sabah keçiriləcək.