FIFA reytinqi: Millimiz irəlilədi
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə 1 pillə irəliləyən Azərbaycan millisi 79-cu pillədə qərarlaşıb. Robert Prosineçkinin komandasının aktivində 427 xal var.
DÇ-2018-in təsnifat mərhələsində Azərbaycan seçməsi ilə eyni qrupda yer alan komandaların reytinqi belədir:
2 (1). Almaniya – 1549
23 (22). Şimali İrlandiya - 897
40 (40). Çexiya - 714
85 (88). Norveç - 391
204 (204). San-Marino – 12
Siyahıya Braziliya başçılıq edir. Almaniyanı taxtdan salan "sambaçılar"ın 1604 xalı var.
İlk “onluq”
1 (2). Braziliya – 1604
2 (1). Almaniya – 1549
3 (3). Argentina – 1399
4 (5). İsveçrə - 1329
5 (6). Polşa - 1319
6 (4). Portuqaliya – 1267
7 (7). Çili – 1250
8 (8). Kolumbiya – 1208
9 (10). Belçika – 1194
10 (9). Fransa – 1157
Qeyd edək ki, Türkiyə millisi 779 xalla 33-cü yerdə qərarlaşıb.