FİFA Rusiya klubunu cəzalandırdı
FİFA Rusiyanın ÇSKA klubunu cəzalandırıb.
Sportline.az championat.com-a istinadla xəbər verir ki, Moskva təmsilçisi qarşıdakı 3 transfer pəncərəsində əməliyyat həyata keçirə bilməyəcək.
Qərar 2026-cı ilin yayınadək qüvvədə qalacaq.
FİFA-nın ÇSKA və "Herenven" klubları arasındakı ödəniş probleminə görə bu addımı atdığı bildirilir. .
Qeyd edək ki, 17 oyundan 28 xal toplayan "hərbçilər" hazırda yarış cədvəlinin 6-cı pilləsindədirlər.