Filippo İnzagi: "Karyerama o son qoydu"
"Milan"ın sabiq futbolçusu Filippo İnzagi karyerasını hansı səbəbdən bitirdiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, o, "Football Italia"ya müsahibəsində həmin vaxtları belə xatırlayıb: "Mənim karyerama Alleqri son qoydu. 2012-ci ilin yazında "Milan"la müqavilənin müddətini daha bir il artırmağa razılaşmışdıq. Maldini, Pirlo, Nesta, Qattuzo, Zeedorf kimi liderləri qısa zamanda itirən komandada abu-havaya mən nəzarət etməli idim. Qalliani anlaşmamıza çox şad idi. Amma, Alleqri mənimlə işləmək istəmədiyini dedi. O, rəhbərlikdən mənimlə yeni müqavilə bağlamamağı tələb etdi. Bu, mənim üçün əsl zərbə oldu".
Qeyd edək ki, futbolçu karyerasını bitirən İnzagi "Milan"da məşqçi kimi çalışıb. Hazırda o, "Recina"nın baş məşqçisidir.