Finlandiyada yüksək divizion klubunun stadionu yanıb

Helsinki klubu "Qnistan"ın ev oyunlarını keçirdiyi "Mustapekka" stadionunda yanğın hadisəsi baş verib.

Sportline.az Iiltalehti.fi saytına istinadla xəbər verir ki, tribunalardan biri tamamilə yanıb. Polis yanğınla bağlı araşdırma aparır, lakin yanğının söndürülməsi hələ də davam edir, buna görə də istintaq orqanlarının işi tam başlamayıb.

Polis yanğının davam etməsi ilə əlaqədar araşdırmanın tamamlanmasının  bir neçə gün çəkəcəyini bildirib.

Qeyd edək ki, 15 həftəsi geridə qalan Finlandiya Liqasında "Qnistan" klubu 15 xalla 9-cu pillədə qərarlaşır. Yerli çempionatda 12 komanda iştirak edir.