Firminonun əvəzinə Eriksen

Roberto Firminonun keçidini həll etməkdə çətinlik çəkən "Barselona" fikrini dəyişib. SportLine.az "Don Balon"a istinadən xəbər verir ki, Kataloniya klubu "Liverpul"un 150 milyon avroluq təklifə rədd cavabı verməsindən sonra diqqətlərini Kristian Eriksenə yönəldib.

La Liqa təmsilçisi "Tottenhem"in danimarkalı futbolçunu yanvar ayında transfer etmək niyyətindədir. 

Qeyd edək ki, "Arsenal" və "Real" da 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.