"Flamenqo" fransalı futbolçunu heyətinə qatmaq istəyir

Bu yay "Mançester Yunayted'i tərk edən Antoni Marsial "Flamenqo" klubunun radarına düşüb.

Sportline.az jurnalist Fabritsio Romanoya istinadla xəbər verir ki, Braziliya təmsilçisi azad agent statusunda olan 28 yaşlı futbolçunu heyətinə cəlb etmək istəyir. 

Xəbərdə "Flamenqo" təmsilçilərinin oyunçu ilə danışıqlara başladığı bildirilir.

2015-ci ildən Mançester klubunda çıxış edən Marsial bu müddət ərzində 317 oyunda 90 qol vurub, 47 asist edib. Futbolçu 2022-ci ildə icarə əsasında "Sevilya"da çıxış edib.