Florensiyada yeni müqavilə

“Fiorentina” baş məşqçisi Cüzeppe Yakini ilə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

56 yaşlı mütəxəssisin yeni müqaviləsi 2020/21 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Yakini 2019-cu ilin dekabrından “Fiorentina”nı çalışdırır. Onun komandası A Seriyasında sona bir tur qalmış 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.