Florian Virtsə görə 3 nəhəng klub yarışa girib

"Bayer"in almaniyalı futbolçusu Florian Virts mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Real Madrid", "Mançester Siti" və "Bavariya" Virtsi transfer etmək niyyətindədir.

22 yaşlı futbolçunun transfer qiyməti 125 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Virts bu mövsüm çıxış etdiyi 43 matçda 16 qol 13 asistlə yadda qalıb.