"Fluminense" klubu akademiya stadionuna ulduz futbolçunun adını verib
Fluminense Futbol Klubu "Vale das Laranjeiras" akademiya stadionunun adının dəyişdirilərək Marcelo Vieira Stadionu olacağını açıqlayıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, stadionun adı 13 yaşında "Fluminense"də futbolçu karyerasına başlayan müdafiəçi Marselonun şərəfinə dəyişdiriləcək.
36 yaşlı Marselo karyerasının ən yaxşı illərini "Real Madrid"də keçirib və burada klub əfsanəsi olub.O, 2023-cü ilin fevralında 2024-cü ilin sonuna qədər müqaviləsi olduğu "Fluminense"yə qayıdıb.
Qeyd edək ki, Marselo karyerası ərzində 649 oyunda 50 qol vurub, 106 asist edib.