Fransa - İsrail matçı tikanlı barmaqlıqlar arxasında keçiriləcək

UEFA Millətlər Liqasının bu gün keçiriləcək Fransa - İsrail matçında xüsusi təhlükəsizlik tədbirləri görüləcək.

Sportline.az xəbər verir ki, bu haqda "RMS Sport" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, azarkeşlərin meydana çıxmasının qarşısını almaq üçün tikanlı barmaqlıqlardan istifadə olunacaq.

80 min azarkeş tutumuna malik "Stad de Frans" arenasında keçiriləcək oyuna hələlik 20 min biletin satıldığı bildirilir.

Matçın start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

Qeyd edək ki, bu komandaların ilk oyunu fransalıların 4-1 hesablı qələbəsi ilə nəticələnmişdi.