Fransa klubunda koronavirus şoku

Fransa klubu "Sent-Etyen"in əsas komandasının oyunçularından birində koronavirus aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu barədə klubu özünün "Twitter"dəki səhifəsində bildirib. Yoluxan futbolçunun adı açıqlanmasa da onun hazırda özünü təcrid etdiyi bildirilib.

Məlum səbəbdən "Sent-Etyen"lə "Herta" arasında bu gün baş tutacaq yoldaşlıq matçı ləğv olunub.