“Fred” “Fənərbağça”da

“Mançester Yunayted”lə “Fənərbağça” Fredin keçidi ilə bağlı tam razılığa gəlib. 

Sportline.az Fabrisio Romanonun paylaşımına istinadla xəbər verir ki, “qırmızı şeytanlar" "sarı lacivərdlilər”in 15 milyon avroluq təklifini qəbul ediblər.

Fred isə “Fənərbağça” ilə şəxsi razılığa gəlib. Brazilyalı dayaq yarımmüdafiəçisinin yaxın günlərdə İstanbula gələcəyi gözlənilir. 

Qeyd edək ki, daha öncə “Qalatasaray” futbolçu üçün 10 milyon avro təklif etsə də “Mançester Yunayted”dən "yox" cavabı almışıdı.