Frenk Lempard: “Heç kim işini itirmək istəmir"

Keçmiş futbolçu, Londonun "Çelsi" komandasının baş məşqçisi vəzifəsindən çıxarılan Frenk Lempard vəzifəsini itirdikdən sonra ilk müsahibəsini verib.

Sportline.az “Daily Mail”ə istinadən xəbər verir ki, britaniyalı mütəxəssis Roman Abramoviçi tənqid etməkdən imtina edib. O, bildirib ki, “aristokratlar”ın rəhbərliyi dövrünü "inanılmaz təcrübə" hesab edir.

"Mən "Çelsi"ni idarə etmək üçün verilmiş imkana görə son dərəcə minnətdaram. Bu inanılmaz vaxt idi, hamı bilir ki, mən kluba necə münasibət bəsləyirdim.

Koronavirus (pandemiya) fasiləsindən sonra mövsümün yenidən davam etməsi anından mən getdiyim vaxta qədər biz azarkeşsiz tribunalar qarşısında oynayırdıq. Mən onlar üçün çox darıxırdım. Keçmiş futbolçu kimi bilirdim ki, bu, mənim üçün nə deməkdir və matçlara necə təsir göstərir. Futbol mənim həyatımı uddu, əvvəlcə oyunçu, sonra məşqçi kimi.

Heç kim işini itirmək istəmir, amma sizin nə qədər yaxşı olmağınızdan asılı olmayaraq, karyeranızın (məşqçi-red) başlanğıcında belə ola bilər. İşdən çıxarılma mənə evdə, ailənin əhatəsində çox olma zamanı bəxş etdi.

Son iki ay ərzində bir neçə təkliflər vardı, hansılar ki, olduqca cazibədar idi, amma qətiyyən qeyri-düzgün", - Lempard deyib.