Frenki De Yonq satılacaq?
"Barselona" niderlandlı futbolçusu Frenki De Yonqla bağlı qərar verib.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya klubu De Yonqu satmaq niyyətində deyil.
Klubu futbolçuya yeni müqavilə təklif edəcək. 27 yaşlı yarımmüdafiəçinin "Barselona" ilə hazır ki müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, De Yonq bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 33 matçda 2 qol və 2 asistlə yadda qalıb.