"Fulhem" "Çelsi"yə elçi düşüb

"Çelsi"nin müdafiəçisi Trevo Çaloba karyerasını "Fulhem"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.

Onun sözlərinə görə, "zadəganlar" bu ay 24 yaşlı futbolçunun keçidini həll etmək niyyətindədirlər.

"Fuhem" mövsümün sonunadək onun xidmətindən faydalanmağa hazırlaşır. 

Qeyd edək ki, Çaloba bu mövsüm zədə üzündən bir oyuna da çıxa bilməyib.