Füllkruq Almaniyaya qayıdır
“Vest Hem Yunayted”in mərkəz hücumçusu Niklas Füllkruq karyerasını yenidən ölkəsində davam etdirəcək.
Sportline.az xəbər verir ki, “Ayntraxt” 32 yaşlı futbolçunu heyətə qatmaq üçün hərəkətə keçib.
“Sky Sports”un yaydığı məlumata görə, London klubunun rəhbərliyi almaniyalı oyunçunun çıxışından narazıdır.
“Vest Hem” Füllkruq üçün ən azı 10 milyon avro tələb edir.
Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm 9 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.