Füllkruq İtaliyaya köçür
“Vest Hem Yunayted”dən ayrılmağa hazırlaşan almaniyalı forvard Niklas Füllkruq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Milan” 32 yaşlı oyunçu ilə yaxından maraqlanır.
London klubu Füllkruq üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm 9 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.