"Liverpul"dan tarixi transfer
"Liverpul" heyətini gücləndirib.
SportLine.az BBC-yə istinadən xəbər verir ki, "mersisaydlılar" "Sauthempton"un müdafiəçisi Vircil van Diyki heyətinə cəlb edib. "Liverpul" klubu futbolçunun keçidi üçün 85 milyon avro ödəyib ki, bu da futbol tarixində rekord məbləğdir. Beləliklə, van Diyk futbol tarixinin ən bahalı müdafiəçisi olub.
Qeyd edək ki, hollandiyalı futbolçu 2015-ci ildən "Sauthempton"un şərəfini qoruyur.