Futbol tarixinin ən bahalı müdafiəçisi
"Mançester Yunayted" Yoşko Qvardyolun transferini rəsmiləşdirib.
Sportline.az xəbər verir ki, 21 yaşlı xorvatiyalı ilə 5 illik müqavilə bağlanılıb.
Mançesterlilərin bu transferə görə "Leypsiq"ə 90 milyon avro ödəyəcəyi bildirilir.
Bununla Yoşko futbol tarixinin ən bahalı müdafiəçisi olub.
Ondan əvvəl bu ad Harri Maquayra məxsus idi.
O, 2019-cu ildə 87 milyon avroya "Mançester Yunayted"ə transfer olunmuşdu.