Fransa çempionu müəyyənləşib

“Paris Sen-Jermen” öz meydanında Fransa çempionatının 34-cü turunda səfərdə “Lans”la heç-heçə oynayıb (1:1).

Sportline.az xəbər verir ki, bu heç-heçə sayəsində Paris klubu Liqa 1-də erkən titulunu təmin edib. Maurisio Poçettinonun yetirmələri 34 turdan sonra 78 xal toplayıb. 62 xalla ikinci pillədə qərarlaşan "Marsel" PSJ-yə çatmaq üçün riyazi şanslarını belə itirib.

Parislilər tarixlərində onuncu dəfə Fransa çempionu olublar. Bu göstəriciyə görə klub “Sent-Etyen”ə çatıb. Liqa titullarından əlavə, klubun kolleksiyasına 14 Fransa Kuboku və doqquz Fransa Liqa Kuboku daxildir.

Qalan oyunlarda PSJ "Strasburq", "Trua", "Monpelye" və "Mets"lə qarşılaşacaq.