Futbolçu 19 aydan sonra meydana çıxdı, yenidən zədələndi

İngiltərənin "Everton" klubunun futbolçusu Jan-Filipp Qbamen cari mövsüm ilk və sonuncu dəfə meydana çıxıb.

Sportline.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXX turunda "Kristal Pelas"la oyunun 79-cu dəqiqəsində meydana daxil olub.

19 ay davam edən zədədən sonra ilk dəfə matça çıxan Qbamen yenidən zədələnib. Onun mövsümü başa vurduğu açıqlanıb.

Kot d İvuardan olan futbolçu "Everton"a 2019-cu ildə Almaniyanın "Maynts" klubundan 25 milyon avroya keçmişdi. Qbamen bu klubda cəmi 3 görüşdə iştirak edib.