Futbolçu oyun vaxtı cadunu pozdu, qol vurdu

Ruanda Premyer Liqasının 10-cu turunda keçirilən “Mukura Vitori Sports” – “Kigali” görüşündə maraqlı hadisə yaşanıb. SportLine.az xəbər verir ki, 1-0 məğlub durumda olan qonaqlar 1 neçə dəfə fərqlənmək imkanından istifadə edə bilməyiblər. “Kigali” klubunun 9 nömrəli futbolçusu Fred Endaka meydan sahiblərinin qapısı qarşısına qoyulan cadunu tapıb. Rəqib oyunçular buna mane olmaq istəsələr də, bacarmayıblar. Cadunu pozduğuna inanan Endaka hadisədən 7 dəqiqə sonra fərqlənib. 1-1 hesabı ilə bitən qarşılaşmadan sonra Ruanda Futbol Federasiyası daxili çempionat oyunlarında cadu olunmasını qadağan edib.