Futbolçularımızın övladı dünyaya gəldi
"Sabah" futbol klubunun üzvü Amin Seydiyev ata olub.
Sportline.az xəbər verir ki, 24 yaşlı müdafiəçinin oğlu dünyaya gəlib.
Amin Seydiyev qadınlardan ibarət millimizin futbolçusu Aysun Əliyeva ilə evlidir.
Cütlük 2020-ci ilin noyabr ayında ailə qurmuşdu.