Futbolçumuz Fransada qələbəyə sevindi
Azərbaycanlı qapıçı Eldar Tağızadə Fransa gənclər liqasında 17-ci turun oyununu keçirib.
Sportline.az xəbər verir ki, onun çıxış etdiyi "Klermon" (U-19) “Metz” komandasına qalib gəlib (2:1). Tağızadə 90 dəqiqə mübarizə aparıb.
"Klermon" 19 xalla 10-cu yerdədir.