Futbolçumuz koronavirusa yoluxdu

Milli komandamızın sabiq üzvü Mirhüseyn Seyidov koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bunu oyunçunun özü də təsdiqləyib. O, açıqlamasında artıq 12 gündü ev şəraitində müalicə aldığını söyləyib: "Bu haqda çox danışmaq istəmirəm. 12 gündü ev şəraitində müalicə alıram. Testin nəticəsi pozitiv çıxdı. Həkimlər evdə müalicə almağıma şərait yaratdılar. Mən də heç yerə getmirəm. 21 günüm tamam olandan sonra hər şey yaxşı olacaq”. (Futbol+)