Futbolçumuz qələbəyə sevindi

Moldova çempionatında 7-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi"Milsami" "Kodru Lozova"nı qəbul edib. Matç "Milsami"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Amit Quluzadə bu oyunda meydana start heyətdə çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Milsami" çempionatın turnir cədvəlində 10 komandanın rasında 11 xalla 4-cü yeri tutur.