Futbolçumuz qol vurdu, komandası mərhələ adladı

Çexiya kubokunda 2020/21 mövsümünə start verilib.
 
Sportline.az xəbər verir ki, gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) kubokun ilk oyununda səfərdə “Union Beroun”la qarşılaşıb. Matç qonaq komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb
 
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan  21 yaşlı yarımmüdafiəçi 18-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub.

Qeyd edək ki, bu qələbə ilə "Viktoriya" növbəti mərhələyə yüksəlib.