Futbolçumuz "Spartak"a qarşı

Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azər Əliyevin formasını geyindiyi “Ufa” evdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Azər start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Ufa” 4 xalla 16 komanda arasında 9-cudur.