Futbolçumuzun komandası məğlub oldu
Gürcüstan çempionatında 9-cu turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüqar Bəybalayevin çıxış etdiyi “Telavi” bu turda səfərdə “Şukura” ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub
Vüqar bu görüşün iştirakçısı olmayıb. 27 yaşlı futbolçu bu dəfə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Telavi” hazırda 6 xalla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.