Futbolçunun atası klub rəsmisini döydü
Hadisə İspaniyada yaşanıb.
SportLine.az AS nəşrinə istinadən xəbər verir ki, aşağı yaş qruplarının çempionatında “Deportivo Telde” və “Quya” komandalarının görüşü vaxtı valideynlər arasında dava düşüb. Maurisio adlı komanda rəsmisinə yaxınlaşan qonaq komandanın valideyni onunla mübahisəyə girişib. Həmin valideynin təhqiramiz sözlərinə dözə bilməyən Maurisio ona baş zərbəsi endirib. Bundan qəzəblənən digər valideyn “Deportivo Telde”nin rəsmisini ardıcıl zərbələrə “qonaq” edib.
Zərərçəkən dərhal xəstəxanaya aparılıb. Burnundan və gözündən xəsarət alan Maurisio əməliyyat edilib. Digər valideyn dərhal həbs olunub. Maurisionun da xəstəxanadan çıxdıqdan sonra saxlanılması istisna deyil.