Futbolda insident: Ölən var

Argentina çempionatının 23-ü turunda "Gimnasiya" - "Boka Xuniors" matçı zamanı insident baş verib.

Sportline.az xəbər verir ki, xeyli sayda azarkeş qarşılaşmanın oynanıldığı "Estadio Xuan Karmelo Zerillo" arenasına daxil olmaq istəyib. Bu zaman polislə fanatlar arasında insident baş verib. Həmin vaxt 57 yaşlı keçmiş futbolçu Sezar Qustavo Requeyro stadiondan çıxarkən ürəktutması keçirib. O, xəstəxanaya çatmadan dünyasını dəyişib. 

Matçın baş hakimi Ernan Mastranqelo görüşü 9-cu dəqiqədə dayandırıb və oyun təhlükəsizlik problemləri səbəbindən təxirə salınıb. 

Meydandan kənardan atılan gözyaşardıcı qazlar çox sayda azarkeşə və bəzi futbolçulara da təsir edib. İnsident nəticəsində 100-dən çox şəxs xəsarət alıb.