Futbolda yeni qaydalar

Futbol Assosiasiyaları Beynəlxalq Şurasının (IFAB) iclasında bəzi dəyişikliklər təsdiqlənib.

Sportline.az qaydalardakı dəyişiklikləri təqdim edir.

 

- Top hücumda olan komandanın üzvünün əlinə dəyərsə və sonradan qol olarsa, əllə oyun qeydə alınacaq/ Əks halda, oyun davam etdiriləcək;

 

- Çiyinlə dirsək arasına dəyən top əllə oyun kimi qiymətləndirilməyəcək. Əgər buna oxşar epizod qapıya zərbə zamanı qeydə alınsa, VAR-a baxılır;

 

- Penaltilər seriyasında qapıçıların oyun ərzində aldığı sarı vərəqəsi nəzərə alınmayacaq;

 

- Qapıçı 11 metrlik cərimə zərbəsi zamanı irəli çıxarsa, rəqibə hərəkətləri ilə mane olarsa və zərbə qol olmasa, penalti təkrarlanır;

 

- Penaltinin təkrarlanmasına səbəb olan qapıçı sarı vərəqə alacaq;

 

- VAR-a baxmağa gedən hakim 1 dəfə monitor işarəsi verəcək. Digər şübhəli epizodlarda isə ona xəbər ediləcək və o, epizodla bağlı monitorda qərar qəbul edəcək.

 

Qurum yeni qərarları federasiyalara göndərib. Qərarlar yeni mövsümdən qüvvəyə minəcək.