Füzuli Məmmədov: "Qalatasaray"la matça hazırıq"

"Hansı komandaya qarşı oynayacağıq. Rəqibin səviyyəsi barədə danışmağa ehtiyac yoxdur. Barələrində lazımi və kifayət qədər məlumat toplamışıq. Sabahkı oyunu gözləyirik. Futbolçularımız qələbə üçün əllərindən gələni etməyə çalışacaqlar. Qələbə üçün 1 faiz belə şans olacaqsa, bundan yararlanmağa çalışacağıq". 

Sportline.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ı ilə keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəsis bildirib ki, sabahkı qarşılaşma "Sumqayıt"la Azərbaycan Premyer Liqasının oyunundan fərqlənəcək: "Rəqibi tam analiz etdiyimizi deyiriksə, deməli, bu, son çempionat matçımızdan fərqlənəcək. Komandamızın quyuda olduğunu düşünmürəm. Futbolçularımız təcrübəli və keyfiyyətlidirlər, oyunun mahiyyətini və necə hazırlaşmağın gərəkliyini bilirlər. Bu cür səviyyəli rəqiblərə qarşı klub və yığma səviyyəsində oynayıblar".

Hələ start heyətlə bağlı 100 faiz qərar vermədiyini deyən Məmmədov qərarı bugünkü məşq bitdikdən sonra qəbul edəcəyini diqqətə çatdırıb. O, belə rəqiblər üzərində qələbə qazanaraq tarixə düşməyi bütün futbolçuların istədiyini vurğulayıb: "Sabah yaxşı oyun gözləyirəm. Mamadu Mbocla problemi öz aramızda danışdıq, bir-birimizi başa düşdük. Bütün futbolçularla həm fərdi, həm də kollektiv şəkildə danışmışıq. Futbolçularımız, başda kapitan Emin Mahmudov olmaqla, hamısı qarşılaşmaya hazırdır. Bütün komandadan gözəl, mübariz və döyüşkən oyun gözləyirəm. Oyunun azarkeşsiz keçirilməsi və "Bakcell Arena"da olmaması elə də ciddi təsir etməyəcək".