Rusiyalı futbolçu Yunanıstan klubunda

ÇSKA Moskvanın hücumçusu Fyodor Çalov bu gün axşam PAOK-la müqavilə imzalamaq üçün Salonikiyə yola düşəcək.

Sportline.az Sport24.ru-ya istinadla  xəbər verir ki, tərəflər arasında tam razılıq əldə edilib.3 illik müqavilə imzalanacağı nəzərdə tutulub.

Daha əvvəl PAOK-un 26 yaşlı futbolçunu 3 milyon avroya almaq variantını aktivləşdirdiyi bildirilirdi.

Qeyd edək ki, 26 yaşlı hücumçu ötən mövsüm "hərbiçilər"in heyətində 41 oyunda 16 qol vurub, 5 asist edib. Transfermarkt portalında Çalovun transfer dəyəri 11 milyon avrodur.