Fyuri ilə Usikin revanş döyüşünün vaxtı bilindi

Mütləq dünya çempionu Aleksandr Usiklə bu ada iddialı Tayson Fyurinin revanş döyüşünün vaxtı açıqlanıb.

Sportline.az xəbər verir ki, ukraynalı və britaniyalı boksçular bu ad uğrunda oktyabrda yenidən rinqə çıxacaqlar.

Bu haqda insayder Mayk Benson X sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, bu, sözügedən boksçuların ilk döyüşünün müqaviləsində əksini tapır. 

Xatırladaq ki, mayın 19-da 12 raundluq mübarizənin sonunda Tayson Fyuriyə qalib gələn Aleksandr Usik mütləq dünya çempionu tituluna sahib çıxıb.