Fyuridən Usikə maraqlı təklif

Mütləq çempionluq döyüşündə Aleksandr Usikə uduzan Tayson Fyuri ukraynalı rəqibinə maraqlı təklif ünvanlayıb.

Sportline.az "TNT Sports"a istinadla xəbər verir ki, britaniyalı boksçu mütləq dünya çempionunun Vətənini ziyarət etmək istədiyini bildirib.

"Ailəmlə birlikdə məzuniyyəti sənin Vətənində keçirmək istəyirəm. Səni də ailənlə birlikdə evimə dəvət edirəm", - deyə Fyuri istəyini açıqlayıb.

Usik isə öz növbəsində "Heç bir problem yoxdur, dostum", - deyə cavab verib.

Xatırladaq ki, Usik 12 raund davam edən döyüşdə Fyuriyə qalib gələrək mütləq dünya çempionu tituluna yiyələnib.