Gehi Almaniya nəhənginə keçə bilər
"Kristal Pelas"ın mərkəz müdafiəçisi Mark Gehi yayda komandasını dəyişə bilər.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Bavariya" 25 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Münhen təmsilçisi 25 yaşlı stopperi azad agent kimi transfer etməyi planlaşdırır.
Qeyd edək ki, M.Gehi cari mövsüm meydana çıxdığı 23 matçda 2 qol, 4 asistlə yadda qalıb.