Gerye prezident olmaq istəyir
"Qarabağ"ın və "Neftçi"nin sabiq futbolçusu Donald Gerye Haiti Futbol Federasiyasının prezidenti olmaq istəyir.
Sportline.azaz xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçi özünün sosial şəbəkə hesabında paylaşım edib. Gerye ölkəsində 2026-cı ildə keçiriləcək federasiya prezident seçkilərində namizəd olacağını bildirib.
Qeyd edək ki, Gerye 2017-2019 və 2020-2021-ci illərdə "Qarabağ"da, 2019-2020-ci illərdə isə "Neftçi"də oynayıb.