Geryedən son xəbər
"Qarabağ"ın futbolçusu Donald Gerye UEFA Avropa Liqasının pley-off mərhələsində "Legiya" ilə oyunda meydanda ola bilər.
Sportline.az xəbər verir ki, bu haqda haitili yarımmüdafiəçinin özü Polşanın "przegladsportowy.pl" nəşrinə danışıb. 31 yaşlı oyunçu matçın keçirələcəyi Varşava şəhərinə çatdığını bildirərək, bu sözləri söyləyib: "Mən Haiti prezidentinin dostuyam (gülür)".
Xatırladaq ki, Donald Gerye pasport probleminə görə komanda ilə səfərə yollana bilməmişdi.
Qeyd edək ki, bu gün Varşavadakı “Voyska Polskieqo” stadionunda keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.