Gimnastlarımız iki medal qazanıblar

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın Daşkənd şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

Sportline.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, sinxron proqramda Ayan Şabanova və Samirə Hüseynova qızıl medala sahib çıxıblar.

Fərhad Mustafayev və Ömər Qasımlı gümüş medalla kifayətləniblər.