Girassi "Fənərbağça"ya keçməyə yaxındır
"Fənərbağça" Almaniyanın "Borussiya Dortmund" klubunda çıxış edən Qvineyalı hücumçu Seru Qirassini heyətinə qatmaq üçün nəhəng transfer addımı atıb.
Sportline.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyinin Almaniya təmsilçisi ilə təxminən 35 milyon avro bonus daxil transfer məbləği müqabilində prinsipial razılıq əldə etdiyi bildirilir.
İllik 7 milyon avro maaş təklif edilən 30 yaşlı təcrübəli futbolçunun da Türkiyəyə gəlməyə müsbət yanaşdığı qeyd olunur.
Güclü fiziki forması və cərimə meydançasındakı yüksək bitiricilik qabiliyyəti ilə tanınan ulduz forvardın transferinin yaxın günlərdə rəsmi olaraq açıqlanması gözlənilir.