Girassi "Milan"ın hədəfindədir

"Borussiya Dortmund"un forvardı Serho Girassi karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Milan" 29 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

S.Girassinin dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avrodur.

Qeyd edək ki, Girassinin Almaniya klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.