Gökdeniz Karadeniz Rusiyada ayın məşqçisi seçilib
Rusiya çempionatının 2-ci liqasının “Rubin-2” komandasını çalışdıran türkiyəli baş məşqçi Gökdeniz Karadeniz ayın məşqçisi adına laiq görülüb.
Sportline.az “Sabah Spor” qəzetinə istinadən xəbər verir ki, “Rubin-2” sentyabr ayında keçirdiyi 4 görüşdə 3 dəfə qalib gələrək bütün diqqətləri üzərinə çəkib. Kazan komandası "Krılya Sovetov-2"ni 5:1, "Amkar" Perm-i 2:0 və "Uralets"i 2:1 hesabı ilə məğlub edib, "Dinamo Kirov"la isə 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, “Rubin-2” komandası çempionatda 41 xalla 3-cü pillədə qərarlaşır.