Gökhan Gönül "Fənərbağça"da

Türkiyə "Fənərbağça"sı növbəti transferini açıqlayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Beşiktaş"dan ayrılan Gökhan Gönülü heyətinə qatıb.

35 yaşlı sağ cinah müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, G.Gönül daha əvvəl 2007 - 2016-cı illərdə də "Fənərbağça"nın şərəfini qoruyub. Təcrübəli oyunçu son 3 mövsümü isə İstanbulun digər təmsilçisi "Beşiktaş"da keçirib.