Gökhan Gönül karyerasını bitirib
"Fənərbağça"nın və Türkiyə millisinin sabiq futbolçusu Gökhan Gönül karyerasını bitirib.
Sportline.az xəbər verir ki, 38 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, son klubu "Rizespor" olan Gönül daha əvvəl "Fənərbağça" və "Beşiktaş"da çıxış edib. O, Türkiyə yığmasında 66 oyuna çıxıb və 1 qol vurub.