Gürcüstan - Azərbaycan matçı ona həvalə olundu

21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsinin Gürcüstan-Azərbaycan oyunu üçün hakimlər açıqlanıb.

Sportline.az xəbər verir ki, 2-ci qrupun oktyabrın 13-də keçiriləcək görüşünü belaruslu hakimlər idarə edəcək.

Qarşılaşmanın baş hakimi Dmitri Dmitryev olacaq. Ona Denis Yemelyançikovla Anton İqnatsyuk yardım edəcək. Dördüncü hakim Denis Şerbakov olacaq.

Qeyd edək ki, oyun Qori şəhərindəki Tengiz Burjanadze stadionunda təşkil olunacaq.