Gürcüstan - Azərbaycan görüşünün vaxtı bilindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Gürcüstan seçməsi ilə səfər matçının vaxtı müəyyənləşib.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 13-də Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan millisi 2-ci qrupda 7 oyundan sonra 6 xalla 4-cü pillədə qərarlaşıb.