Gyökereş İngiltərə nəhənginə keçə bilər
"Sportinq"in isveçli forvardı Viktor Gyökereş mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Gyökereşin xidmətində maraqlıdır.
Portuqaliya klubu 26 yaşlı futbolçu üçün 75 milyon avro tələb edir.
Qeyd edək ki, Gyökereşin bu mövsüm çıxış etdiyi 38 matçda 35 qol və 9 asistlə yadda qalıb.
Onun "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.