Haalandın dublu komandasına qələbə qazandırdı

İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.

Sportline.az xəbər verir ki, sonuncu oyun günündə 1 matç keçirilib. "Mançester Siti" səfərdə "Lids Yunayted"lə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

"Lids Yunayted" - "Mançester Siti" - 1:3
Qolla
r: Rodri, 45+1 (0:1), Haaland, 51 (0:2), Haaland, 64 (0:3), Struyk, 73 (1:3)

Qeyd edək ki, turnir cədvəlinə 40 xalla (15 oyun) "Arsenal" başçılıq edir. "Mançester Siti" 35 xalla (15 oyun) 2-ci, "Nyukasl" 33 xalla (16 oyun) 3-cüdür.